Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı

semkirde-qadin-eri-terefinden-bicaqlandi
Oxunma sayı: 2786

Şəmkir sakini əri tərəfindən bıçaqlanıb.

"Qafqazinfo"nun xəbərinə görə, Şəmkir şəhər, Məmmədəli Əhmədov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyeva Talihə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli