Şəmsi Səmədzadə mal-qara oğurluğuna görə tutuldu - Oğlu da yanında imiş+Yenilənib

semsi-semedzade-mal-qara-ogurluguna-gore-tutuldu
Oxunma sayı: 3787

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

“Qafqazinfo” “Demokrat.az”a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub.

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq.

Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

***

Tanınmış azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) tutulmasının detalları məlum olub.

O, oğlu Niyazi Səmədzadə ilə birgə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa edilib.