SEPAH-ın daha bir generalı həlak oldu - Yenilənib

sepah-in-daha-bir-generali-helak-oldu
Oxunma sayı: 4425

İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH-ın generalı öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews.ru” məlumat yayıb.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində həlak olub.

Bildirilib ki, raket zərbələri iranlı hərbi müşavirlərin yaşadığı, Dəməşqin qərbindəki Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib. Generalla yanaşı daha bir neçə iranlı zabit, eləcə də sayı açıqlanmayan suriyalı əsgərlər həlak olub.

Qeyd edək ki, ötən gün və bu gün İsrail Dəməşqə aviazərbələr endirib. Bu gün endirilən zərbə İranın Dəməşqdəki səfirliyinin yanına düşüb.

***

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generalı Məhəmməd Hadi Hacı Rəhimi də İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olub. 

Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Rəhimi SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb və o da diplomatik missiyaya hücum zamanı həlak olub.