Sergey Raxmaninovun əsərləri Qəbələ Beynəlxalq Musiqi Festivalında - Fotolar

sergey-raxmaninovun-eserleri-qebele-beynelxalq-musiqi-festivalinda
Oxunma sayı: 1918

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də axşam açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib.

Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrinin müşayiəti ilə dahi bəstəkarın digər əsərlərini ifa edib.

Festival çərçivəsində iyulun 29-da saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim ediləcək.