Serialın rejissoru da Asenaya dəstək oldu - Foto

serialin-rejissoru-da-asenaya-destek-oldu
Oxunma sayı: 1626

Türkiyədə 2007-2010-cu illərdə yayımlanan “Bez Bebek” serialının “Yağmur”u Asena Keskincinin baş rol ifaçısı Evrim Akın haqda səsləndirdiyi iddialara layihənin rejissoru da münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, serialın çəkiliş rejissorlarından Şahin Yiğit Asenaya dəstək olub.

Yiğit Evrim Akının “Ölənə qədər səni bağışlamayacam” deyərək haqqına girdiyini iddia edib.

“Necə deyərlər, qoy ilk daşı ən məsum atsın. O çəkilişdə ən məsum, bəlkə də ən saf uşaq idi Asena. O ilk daş bu uşaqdan gəlib. Ruzimlə oynayanların başrolunda sənsən, ölənə qədər haqqımı halal etməyəcəm”, - o sosial şəbəkədə yazıb.