Bundan başqa, Ukrayna lideri danışıqlar prosesində Rusiya tərəfindən irəli sürülən şərtlərin qəbuledilməz olduğunu vurğulayıb: “Təəssüf ki, hələlik yaxşı xəbər yoxdur. Ümid isə hələ də var”.
Qeyd edək ki, daha əvvəl xarici mətbuat danışıqlar prosesinin başa çatdığını yazsa da, sonradan liderlərin fasilə götürdükləri məlum olub. Artıq Ukraynanın taleyini həll edəcək danışıqlar yarım sutkadan çoxdur ki, davam edir.
Rusiya mediası mənbəsinə istinad edərək maraqlı məlumat yayıb. Məlumata görə, qondarma Luqansk və Donetsk Xalq Respublikalarının liderlərinin “normand dördlüyü” tərəfindən razılaşdırılan sənədi imzalamaqdan imtina ediblər.
Son xəbərlər
Son Xəbərlər