Şərur sakini minaya düşdü - Yenilənib

serur-sakini-minaya-dusdu
Oxunma sayı: 3853

Şərur sakini Şahbuzda minaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Mahmudkənd kənd sakini 2005-ci il təvəllüdlü Soltanov Bəxtiyar İslam oğlu Şahbuz rayonunun Kükü kəndində yerləşən Qanlıgöl ərazisi  ətrafında minaya düşüb.

Kənd sakini ərazidə heyvan otarırmış.

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.