Səsini itirdi, konsertlərini təxirə salmalı oldu

sesini-itirdi-konsertlerini-texire-salmali-oldu
Oxunma sayı: 1598

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) aprelin ortalarına qədər bütün konsertlərini təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb. 

Bildirilib ki, buna səbəb 30 yaşlı müğənninin Minskdə konsertdə çıxışı zamanı səsini itirməsi olub.

Həkimlər ona səs tellərinin iltihabı diaqnozunu qoyub və hətta danışmağı qadağan edib. Hazırda sənətçi həkim nəzarətindədir. 

Bununla yanaşı, Jony məsələ ilə bağlı instaqram hesabının hekayə bölümündə paylaşım edərəkhələ tam sağalmadığını, buna görə də aprelin 4-də Özbəkistanın paytaxtı Daşkənddə planlaşdırılan konsertinin təxirə salındığını açıqlayıb.