Səsvermədən sonra Ərdoğandan ilk açıqlama

sesvermeden-sonra-erdogandan-ilk-aciqlama
Oxunma sayı: 6383

İkinci prezident seçkiləri üçün səsvermə prosesi başa çatdıqdan sonra hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilk açıqlama ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin siyasi tarixində ilk dəfə baş tutacaq ikinci prezident seçkiləri üçün səsvermə saat 17.00-da başa çatıb.

Seçki qutularının bağlanmasının ardından Rəcəb Tayyib Ərdoğan tvitter hesabında paylaşım edərək açıqlama verib:

“Erkən saatlardan seçki qutularında fədakarlıqla çalışan həmkarlarımın hər birinə təşəkkür edirəm. Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər qutulara sahib çıxmağa dəvət edirəm. İndi millətimizin iradəsini son ana qədər başımızın üstündə qorumaq vaxtıdır!”.