Səudiyyə Ərəbistanına uçuşları ləğv etdilər

seudiyye-erebistanina-ucuslari-legv-etdiler
Oxunma sayı: 541

Ər-Riyad hava limanına edilən hücumdan sonra Hindistan aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları 17 oktyabra qədər ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hindistanın Ər-Riyaddakı səfirliyi məlumat yayıb.

“Air India” və “Air India Express” Ər-Riyad, Dəmmam və Ciddəyə, eləcə də bu şəhərlərdən həyata keçirilən uçuşları dayandırıb.

“Akasa Air” Ər-Riyad və Ciddəyə uçuşları ləğv edib, “IndiGo” isə həmin şəhərləri, eləcə də Mədinəni birləşdirən müəyyən marşrutlar üzrə uçuşları dayandırıb.