Seulda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş oldu - Fotolar

seulda-heyder-eliyev-ili-cercivesinde-azerbaycan-icmasi-ile-gorus-oldu
Oxunma sayı: 1186

Seul şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Koreya Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Azərbaycanın Koreyadakı səfirliyinin əməkdaşları, Seul və Decon (Daejeon) şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Heydər Əliyevə həsr olunan “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş olunub.

Tədbir “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının sədri Cəmil Vəliyevin görülən işlər barədə hesabatı ilə davam edib. O, Komitə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov çıxışında ulu öndərin müxtəlif dövrlərdə qəbul etdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan  bəhs edib, icma üzvlərini maraqlandıran bir sıra məsələlərə toxunub, diasporumuzun fəaliyyətindəki müsbət məqamlardan danışıb.

Görüş iştirakçılarını salamlayan Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tariximizdə misilsiz xidmətlərindən danışıb. “Heydər Əliyev İli” çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlərin gerçəkləşdirildiyini diqqətə çatdırıb.

Görüş sualların cavablandırılması ilə yekunlaşıb.