Səxavət Nur Amerikada müxbir oldu

sexavet-nur-amerikada-muxbir-oldu
Oxunma sayı: 5342

Tanınmış aparıcı Səxavət Nur Real TV-nin Amerika bürosunda çalışmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, kanal bu gün Vaşinqtonda azərbaycanlıların aksiyasından canlı bağlantı yaradıb. Səxavət isə müxbir kimi nümayişçilərin fikirlərini öyrənib.

Qeyd edək ki, aparıcı uzun illərdir Amerikada yaşayıb. O, bir müddət əvvəl “Xəzər” telekanalında radio direktoru təyin olunub. Lakin S. Nurun Azərbaycanda fəaliyyəti qısa müddətli olduğundan o, Vaşinqtona qayıdıb.