Şeyx İndoneziyaya getdi

seyx-indoneziyaya-getdi
Oxunma sayı: 1627

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 31-də İndoneziyaya səfərə yola düşüb.

Bu barədə “Qafqazinfo”ya QMİ-nin Mətbuat xidmətindən bildirilib.

Həmçinin oxuyun: В Гёранбое старший лейтенант убил свою жену

Səfərdə məqsəd 2-3 noyabr 2022-ci il tarixlərində İndoneziyada keçiriləcək G20 Dini Forumunda (R20) iştirak etməkdir.

Şeyxülislam qlobal əhəmiyyətli tədbirdə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin ikitərəfli görüşləri planlaşdırılır.