Şeyx Papa ilə görüşə gedir

seyx-papa-ile-goruse-gedir
Oxunma sayı: 1881

Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.

QMİ-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir.

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri - Roma Papası Fransisk, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri ilə görüşləri planlaşdırılır.

Səfər yanvarın 17-nə kimi davam edəcək.