Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Qərar qəbul edilib.
Qeyd edək ki, F.Bağırzadə 1994-cü ildə Bakıda anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib. 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.
Xəbəri rus dilində oxuyun: 32-летнего Багирзаде назначили министром
2023-2024-cü illərdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.
Son xəbərlər
Son Xəbərlər