Şeyx və dini konfessiyaların rəhbərləri Şuşada Qazançı kilsəsində - Fotolar

seyx-ve-dini-konfessiyalarin-rehberleri-susada-qazanci-kilsesinde
Oxunma sayı: 3214

Şuşada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, nümayəndə heyəti və ölkədəki dini konfessiyaların rəhbərləri Qazançı kilsəsini ziyarət ediblər.

"Qafqazinfo" xəbər verir ki, kilsənin tarixi haqqında Şeyxə və konfessiya rəhbərlərinə məlumat verilib.

Qeyd edilib ki, hazırda kilsədə təmir-bərpa işləri aparılır.

Məlumatda bildirilib ki, bu kilsənin ermənilərlə heç bir əlaqəsi yoxdur. Burada erməni memarlıq arxitekturasından əlamət yoxdur. Şuşa yeganə şəhərdir ki, burada heç vaxt ermənilər sayca çoxluq təşkil etməyib.

Allahşükür Paşazadə qeyd edib ki, bu məsələ ilə bağlı tarixi sənədlər əsasında araşdırma aparılmalı və sübutlar aşkar olunmalıdır.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal