Sirkdən qaçan aslan İtaliya küçələrini gəzdi - Video

sirkden-qacan-aslan-italiya-kucelerini-gezdi
Oxunma sayı: 4067

İtaliyanın paytaxtı Romada gecə saatlarında aslan küçədə gəzərkən görüntülənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İtalyanlar sirkdən qaçdığı müəyyən edilən aslanı paytaxt Romaya bağlı Ladispoli qəsəbəsində görəndə gözlərinə inanmayıb.

Heyvanın sakit gəzişdiyini görən məhəllə sakinləri qorxu və təəccüblə həmin anları mobil telefonları ilə lentə alıblar.

Ladispoli qubernatoru Alessandro Qrando bölgə sakinlərinə evdə qalmaları barədə xəbərdarlıq edib.

Əraziyə gələn baytarlıq qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları uzun təqibdən sonra aslanı yaxalamağı bacarıblar.