“SOCAR Turkey”in vəzifəli şəxsi həbs olundu - Gülənin ən yaxını idi

socar-turkeyin-vezifeli-sexsi-hebs-olundu
Oxunma sayı: 7516

Ötən ay saxlanılan Türkiyə “Petkim” neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud barəsində həbs qərarı verilib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirdə Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən sonra açılan istintaq çərçivəsində saxlanılan 25 nəfər arasında onun da adı var.

Dindirilmədən sonra 25 nəfərdən 13-ü “silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə həbs edilib. Həbs edilənlər arasında SOCAR-ın iki azərbaycanlı əməkdaşı da var. Onlar SOCAR Türkiyənin baş direktor yardımçısı İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovdur.

Qeyd edək ki, SOCAR əməkdaşı İlqar Mehmetoğlunun Gülənin adamı olması ilə bağlı Azərbaycan mətbuatında dəfələrlə məlumat verilmişdi. 

Sadəddin Qorqud