Sovet İttifaqı marşalı və keçmiş SSRİ Müdafiə naziri Dmitri Yazov dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, o, uzun sürən ağır xəstəlikdən sonra 95 yaşında, Moskvada vəfat edib.
Qeyd edək ki, Dmitri Yazov 20 yanvar faciəsinin törədilməsində qərar verən əsas şəxslərdən biri olub. Həmçinin o, 1991-ci ildə dövlət çevrilişinə cəhdə görə həbs olunub. 1994-cü ildə azadlığa çıxıb.
Orxan Məmməd
Son xəbərlər
Son Xəbərlər