Şoyqunun əl işləri hərraca çıxarıldı

soyqunun-el-isleri-herraca-cixarildi
Oxunma sayı: 2677

Rusiya müdafiə naziri Sergey Şoyqunun rəsm əsərləri və ağacdan hazırlanan əl işləri xeyriyyə məqsədilə təşkil olunan hərraca çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Hərrac müdafiə nazirinin təşəbbüsü ilə keçirilib. Rəsm əsərləri və ağac oymalarından ümumilikdə 40 milyon rubl ( 920 min manat) vəsait toplanıb. 

Vəsaitin Konstantin Xabenskinin Xeyriyyə Fondunun himayəsində olan şəxslərə ayrılacağı bildirilib.