“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin sərvəti 1 milyard dolları ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
“Vergilərə, bazar şəraitinə, investisiya və sponsorluq gəlirlərinə uyğunlaşdıqdan sonra onun sərvəti 1 milyard dolları ötüb... Bu, onu idmanın ilk milyarderi olmuş əzəli rəqibi Kriştiano Ronaldo ilə bərabərləşdirir”, – nəşr yazır.
Son xəbərlər
Son Xəbərlər