Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında - Fotolar

sahibe-qafarova-mdb-pa-nin-60-ci-plenar-iclasinda
Oxunma sayı: 340

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində bu gün MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən spiker Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran genişspektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. O bu baxımdan Assambleya tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışında S.Qafarova qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Bildirilib ki, Bakıda keçirilən 13-cü sessiya BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiyadır və 182 ölkədən rekord sayda - 45 000-dən çox iştirakçı qeydiyyatdan keçib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir.

Çıxışında həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd edib.