Su ilə 1500 km gedə biləcək - Fotolar

su-ile-1500-km-gede-bilecek-
Oxunma sayı: 4987

Elektrikli avtomobil istehsalçısı olan Nikola iki yeni modelini təqdim edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nikola One və Nikola Two adlı yük maşınları hidrogen yanacağıyla işləyən elektrikli mühərriklə təhciz edilib.

Yeni avtomobillər qənaətcilliyi ilə seçilir. Belə ki, su ilə işləyən maşın dolu çənlə 1500 km yol qət edə biləcək. Şirkət yeni yük maşınlarını 2020-ci ildən satışa çıxaracaq.  Bundan əlavə Nikola ABŞ və Kanada da 364 yanacaq stansiyaları quracaq.

Avtomobilin texniki göstəriciləri haqqında ətraflı məlumat verilməyib.