Suares yenidən Messi ilə eyni komandada

suares-yeniden-messi-ile-eyni-komandada
Oxunma sayı: 3275

“İnter Mayami” “Barselona”nın daha bir keçmiş ulduzunu heyətinə qatıb. Gözlənildiyi kimi, Luis Suaresin MLS-ə transferi rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, uruqvaylı ulduz qarşıdakı bir il ərzində ABŞ klubunun formasını geyəcək. O, “Qremio” ilə müqaviləsi bitən kimi “İnter Mayami”yə qoşulacaq.

Yayda Lionel Messini transfer etməsi ilə diqqətləri üzərinə çəkən “İnter Mayami” “Barselona”dan ayrılan Serxio Busqets və Xordi Albanı da düşərgəsinə qatıb. İndi 4 sabiq komanda yoldaşı yenidən birlikdə oynayacaq.