Sudan millisinin qapıçısı huşunu itirdi, yerə yıxıldı - Foto

sudan-millisinin-qapicisi-husunu-itirdi-yere-yixildi
Oxunma sayı: 692

Ötən gün Afrika Millətlər Kubokunun ikinci turunda baş tutan Sudan - Ekvatorial Qvineya matçında (1:0) xoşagəlməz yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, Sudan yığmasının qapıçısı Monqed Elnil qarşılaşmanın 37-ci dəqiqəsində huşunu itirib və yerə yıxılıb. 

Həkimləin müdaxiləsindən sonra o özünə gəlib.  

Komandanın tibbi heyəti qapıçının qan təzyiqinin aşağı düşməsinə görə huşunu itirdiyini açıqlayıb.