Sudanda toqquşmalarda ölənlərin sayı artdı

sudanda-toqqusmalarda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1137

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən toqquşmalar nəticəsində ölən mülki əhalinin sayı 676 nəfərə çatıb, 5575-dən çox insan yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Xatırladaq ki, aprelin ortalarından etibarən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında mütəmadi olaraq qarşıdurmalar baş verir.