Sudandakı qarşıdurmalarda həlak olan mülki vətəndaşların sayı açıqlandı

sudandaki-qarsidurmalarda-helak-olan-mulki-vetendaslarin-sayi-aciqlandi
Oxunma sayı: 1884

Sudan Həkimlər Birliyi aprelin 15-dən bəri ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 411 mülki vətəndaşın həlak olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ordu ilə HDK arasında atəşkəsə baxmayaraq, müxtəlif bölgələrdə qarşıdurmaların davam etdiyi bildirilən açıqlamada indiyədək 2023 mülki vətəndaşın yaralandığı qeyd edilib.

Qeyd edək ki, Sudanda tərəflər aprelin 28-dən etibarən ABŞ-nin 72 saatlıq yeni atəşkəs çağırışına əməl edəcəklərini açıqlayıblar.