Süleyman Mikayılovun növbəti qəbulu keçirildi - Fotolar

suleyman-mikayilovun-novbeti-qebulu-kecirildi
Oxunma sayı: 357

Dekabrın 19-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Qəbulda 40-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 8 nəfəri fərdi qaydada dinləyən RİH başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.