ABŞ-İran sülh danışıqlarının cümə günü Pakistanda keçirilməsi planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Belə ki, ABŞ və İran arasında müharibəyə son qoymaq məqsədilə ilk üz-üzə danışıqların cümə günü İslamabadda keçirilməsi planlaşdırılır.
Bu, müharibənin başlanmasından bəri tərəflər arasında keçiriləcək ilk üz-üzə danışıqlar olacaq.
“Üz-üzə danışıqlarla bağlı müzakirələr aparılır, lakin Prezident və ya Ağ Ev tərəfindən rəsmi elan olunana qədər heç nə qəti deyil”, - Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Axios”a bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, İranla diplomatiyaya Vitse-prezident Ceyms Devid Vensin dəstəyi ilə rəhbərlik etsə də, danışıqlar zamanı rollar dəyişə bilər və Vens ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.
Trampın kürəkəni və müşaviri Cared Kuşner də danışıqlarda iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər