Sülhməramlıların komandanı bu səbəbdən Rusiya MN-i günahlandırdı - Video

sulhmeramlilarin-komandani-bu-sebebden-rusiya-mn-i-gunahlandirdi
Oxunma sayı: 7795

"Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan toponimlərinə düzgün əməl edilmir”.

“Qafqazinfo” Real TV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bildirib.

"Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan toponimlərinə düzgün əməl edilmir. Biz bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiz", - deyə Volkov qeyd edib.

Xatırladaq ki, toponimlərin yanlış istifadə olunması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.

Həmin videonu təqdim edirik: