Sumqayıt qatarını daşa basan uşaqlar valideynləri ilə polisə aparıldı

sumqayit-qatarini-dasa-basan-usaqlar-valideynleri-ile-polise-aparildi
Oxunma sayı: 2081

Bakı-Sumqayıt sürət qatarı Sumqayıtdan keçərkən naməlum şəxslər tərəfindən daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.

Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.