Sumqayıtda Əşya bazarında güclü yanğın - Video - Yenilənib

sumqayitda-esya-bazarinda-guclu-yangin
Oxunma sayı: 6469

Sumqayıtda yanğın baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb. Daha sonra yanğın mağazanın qarşısında park halında olan “Mercedes” markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib.

Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.