Sumqayıtda evə silahlı hücum - Ailənin iki üzvü öldürüldü - Yenilənib

sumqayitda-eve-silahli-hucum
Oxunma sayı: 12067

Sumqayıtda atışma olub, ölən və yaralananlar var.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

***

Evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər.

İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcova ağır yaralanıblar.

***

Dağbəyi Fərəcov Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının üzvü olub. Partiya nümayəndələri onun ölümü ilə bağlı başsağlığı verib.