Suraxanıda muğam gecəsi keçirildi - Fotolar

suraxanida-mugam-gecesi-kecirildi
Oxunma sayı: 2020

Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Muğam gecəsi təşkil olunub. 

"Qafqazinfo" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə incəsənət nümayəndələri çıxış ediblər.

Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Əlizaman İlknurun təqdimatı və "Xarı bülbül" muğam qrupunun müşayiəti ilə muğam səsləndirilib.

Sonda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək tədbir iştirakçılarını Fəxri Fərmanla təltif edib.