Adil Əliyevin vətəndaşlarla növbəti görüşləri keçirilib - Fotolar

adil-eliyevin-vetendaslarla-novbeti-gorusleri-kecirilib
Oxunma sayı: 515

Suraxanı rayonunda Rayon İcra Hakimiyyəti başçısı Adil Əliyevin səyyar görüşləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 7-də A.Əliyev B.Qulamoğlu adına 285 nömrəli tam orta ümumtəhsil məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə, yanvarın 14-də Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində Bülbülə qəsəbə sakinləri ilə görüşüb.

Görüşdə RİH başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Sakinləri dinləyən başçı məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.