Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı zəfərimizin üçüncü ildönümü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yenidən qurulan “Ana və uşaq” parkında ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, zəfər əhval-ruhiyyəsi ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, RİHB-nin müavinləri və əməkdaşları, rayonun idarə rəhbərləri iştirak ediblər.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunduqdan sonra Zəfər bayramına töhfə vermək üçün keçirilən ağacəkmə aksiyasında məqsəd eyni zamanda yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.





Son xəbərlər
Son Xəbərlər