Suraxanıda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir - Fotolar

suraxanida-zefer-gunune-hesr-olunmus-silsile-tedbirler-kecirilir
Oxunma sayı: 1980

Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 3-də G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində, noyabrın 4-də isə Suraxanı rayon Gənclər evində Zəfər Günü münasibətilə tədbirlər təşkil olunub.

Tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Mirzəzadə, şəhid ailələri, qazilər, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə rəhbərləri iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər qonaqlar çıxış edərək bildiriblər ki, 8 noyabr – Zəfər günü tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.