Sürətli idman avtomobillərinin Lənkərana yürüşünə son hazırlıqlar gedir

suretli-idman-avtomobillerinin-lenkerana-yurusune-son-hazirliqlar-gedir
Oxunma sayı: 1976

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) idman avtomobillərinin yürüşünü təşkil edəcək.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Lənkəran marşrutu üzrə keçiriləcək yürüş Heydər Əliyev Mərkəzinin qarşısından səhər saat 9:00-da start götürəcək. Yürüşdə Avtomobil Federasiyasından qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edəcək.

Gözəl görüntüyə malik və hər zaman, xüsusilə də gənclər arasında böyük marağa səbəb olan idman avtomobillərini yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin parkından izləmək mümkün olacaq.

AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də əyləncə xarakterli proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə iştirakçıların Lənkəranda çay plantasiyasına ekskursiyası olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənir.

Layihənin baş sponsoru Nazar Holdings, sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar.