Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1444-ə çatıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölkədə su böhranı daha da kəskin hal alıb.
Xatırladaq ki, ən son məlumatda Suriyada 1060 nəfərin həlak olduğu bildirilirdi.
***
“CNN”in məlumatına görə, Suriyada zəlzələdən ölənlərin sayı 1559, yaralıların sayı isə 3648 nəfərə çatıb.
***
Suriyanın Səhiyyə Nazirliyi isə zəlzələ nəticəsində 1250 nəfərin həlak olduğunu açıqlayıb.