“Suriyalı qaçqınların 70%-i ölkələrinə qayıtmaq istəyir”

suriyali-qacqinlarin-70-i-olkelerine-qayitmaq-isteyir
Oxunma sayı: 865

“Türkiyədə yaşayan suriyalı qaçqınların 70%-i ölkələrinə qayıtmaq istəyir". 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Türkiyədə 13 milyon suriyalı qaçqının olduğu ilə bağlı iddiaları təkzib edən Soylu vurğulayıb ki, ölkədə 3 milyon 750 min suriyalı olub, onlardan 550 mini geri qayıdıb: “Qətər əmiri onların ölkələrinə qayıtması üçün prezidentimizi dəstəklədi və Suriyada təhlükəsiz bölgədə qaçqınlar üçün nəzərdə tutulan 240 min evdən 5 mini tamamlanmaq üzrədir”.