Tacikistan Baş naziri Zəfər Parkı və Fəxri xiyabanda - Fotolar - Yenilənib

tacikistan-bas-naziri-zefer-parki-ve-fexri-xiyabanda
Oxunma sayı: 544

Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

***

Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

Ümummilli Liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.