Tacikistanda “Crocus”la əlaqəsi olduğu deyilən 15 terrorçu saxlanıldı

tacikistanda-crocusla-elaqesi-oldugu-deyilen-15-terrorcu-saxlanildi
Oxunma sayı: 2396

Tacikistanda Novruz şənlikləri zamanı terror aktları planlaşdıran 15 nəfərin saxlanıldığı bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Qeyd olunub ki, bu şəxslərin Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktını törədənlərlə əlaqəsi ola bilər.

“Tacikistan xüsusi xidmət orqanları terror aktları planlaşdıran Düşənbə və Vəhdət şəhərlərinin 15 sakinini saxlayıb. Hazırda müstəntiqlər onların martın 22-də Moskvada terror aktını törədən şəxslərlə əlaqələrini araşdırır”.