Tailand və Kamboca bir-birinin ərazilərinə qarşılıqlı zərbələr endiriblər.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sərhəd toqquşmaları nəticəsində bir Tailand hərbçisi ölüb, daha dördü isə yaralanıb.
Tailand tərəfi qırıcılardan, ağır artilleriyadan və pilotsuz uçuş aparatlarından istifadə etməklə Kamboca ərazisinə zərbələr endirib. Nəticədə üç nəfər dinc sakinin yaralandığı bildirilir.
Məlumatlara görə, sərhədboyu ərazilərə ağır texnika və silahların daşınması müşahidə olunur.
Tailand hökuməti eskalasiya səbəbindən sərhəd bölgələrindəki 641 məktəbin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Xatırladaq ki, bu ilin iyul ayında Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş vermişdi. Silahlı toqquşmalar zamanı onlarla insan həlak olmuşdu. İyulun 28-də tərəflər arasında atəşkəslə bağlı razılıq əldə olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər