Talıb Tale nişanlısından ayrılıb

talib-tale-nisanlisindan-ayrilib
Oxunma sayı: 7594

Müğənni Talıb Tale nişanlısından ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ifaçının özü "Xəzər TV"-də yayımlanan "5/5" verilişində məlumat verib.

Bu barədə çox danışmaq istəmədiyini deyən müğənni, məlumatı xeyli müddət gizlətməyə çalışdığını bildirib. O, xasiyyətləri uyğun gəlmədiyi üçün nişanı qaytardığını açıqlayıb.

Qeyd edək ki, 39 yaşlı Talıb Tale 2018-ci ilin mayında öz qohumu ilə nişanlanmışdı.