Tanzaniyada Azərbaycan şəhidlərinin xatirəsinə su quyusu - Fotolar

tanzaniyada-azerbaycan-sehidlerinin-xatiresine-su-quyusu
Oxunma sayı: 3107

Tanzaniyada Azərbaycan şəhidlərinin xatirəsinə su quyusunun açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz feysbuk səhifəsində Elektron Ticarət İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov yazıb.

Saytımıza açıqlamasında o qeyd edib ki, bu iş Türkiyənin İLA dərnəyinin dəstəyi ilə Tanzaniyada gerçəkləşib: “Dərnək açıq bir dərnəkdir. Dünyanın istənilən yerindən olan şəxslər bu dərnəyə ianə edə bilər. Dərnək tərəfindən Azərbaycan şəhidlərinin xatirəsinə Tanzaniyada su quyusu qazdırılıb və sakinlərin xidmətinə verib. Təbii ki, bu layihənin gerçməkləşməsi üçün Azərbaycan, Türkiyə və müxtəlif ölkələrdən olan şəxslər ianələr etdilər”.