Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.
Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.