Tbilisidə etiraz aksiyası davam edir - Saxlanılanlar var+Video

tbiliside-etiraz-aksiyasi-davam-edir
Oxunma sayı: 1438

Gürcüstan parlamentinin binası yaxınlığındakı etiraz aksiyasında vəziyyət yenidən gərginləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri parlamentin xidməti girişində etirazçıları dağıtmağa başlayıb, polis də gözyaşardıcı qazdan istifadə edib.

Agentliyin məlumatına görə, polis aksiya iştirakçılarını saxlayır.

Qeyd edək ki, aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edir və onun qəbuluna imkan verməyəcəklərini bildirirlər.