Tehranda silsilə hücumlarda 10 polis həlak oldu

tehranda-silsile-hucumlarda-10-polis-helak-oldu
Oxunma sayı: 565

İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə təşkil edilən silsilə hücumlar nəticəsində azı 10 təhlükəsizlik əməkdaşı həlak olub.

“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, şəhərin müxtəlif məhəllələrində polis postları terror hücumlarına məruz qalıb.

Yerli mənbələr hücumlarla yanaşı, bir neçə rayonda partlayış və silahlı toqquşmaların baş verdiyini də təsdiqləyiblər.

İranın təhlükəsizlik strukturları hücumların arxasında İsrailin “Mossad” kəşfiyyat xidmətinin dayandığını və hadisələrin ölkədə vəziyyəti gərginləşdirmək məqsədilə törədildiyini iddia edirlər. Son məlumata görə, toqquşmaların baş verdiyi ərazilərdə vəziyyət artıq hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır.

Xatırladaq ki, fevralın 28-dən bəri davam edən hərbi gərginlik fonunda Tehranda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.