Təkər doldurmaq istədi, xəstəxanalıq oldu - Şəkidə bədbəxt hadisə

teker-doldurmaq-istedi-xestexanaliq-oldu
Oxunma sayı: 2773

Şəkidə bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə rayonun Kiş kənd sakini - 1971-ci il təvəllüdlü Sahin Məhərrəmov yük maşınının təkərinə hava doldurarkən təkər partlayıb və təkərdən çıxan dəmir parçası Ş.Məhərrəmova ciddi xəsarət yetirib. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya  ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan yaralının Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov