Tel-Əvivdə bıçaqlı hücum - 4 nəfər yaralandı

tel-evivde-bicaqli-hucum
Oxunma sayı: 944

İsrailin paytaxtı Tel-Əvivdə bıçaqlı şəxs yoldan keçən şəxslərə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb.

Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. 

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.